Avstraliyanın Tasmaniya ştatında müəllimlər milli qiymətləndirmə imtahanı olan NAPLAN-ın keçirilməsinə qarşı çıxaraq testlərin boykot ediləcəyini açıqlayıblar.
AzEdu.az-ın xarici mediaya istinadən xəbərinə görə, həmkarlar ittifaqının qərarına əsasən, etiraz aksiyası müddətsiz xarakter daşıyır və 2026-2027-ci illəri də əhatə edə bilər.
Müəllimlər bildirirlər ki, imtahanlara hazırlıq prosesi onsuz da yüksək olan iş yükünü daha da artırır və tədris prosesinin keyfiyyətinə mənfi təsir göstərir. Onların əsas tələbləri arasında əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması yer alır.
Qeyd edək ki, NAPLAN Avstraliyada şagirdlərin oxu, yazı və riyaziyyat bacarıqlarını ölçən milli qiymətləndirmə sistemidir. Müəllimlərin bu addımı ölkədə təhsil siyasəti və qiymətləndirmə mexanizmləri ilə bağlı geniş müzakirələrə səbəb olub.