Azedu.az

Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub

Xəbərlər

4 Mart 2026, 15:09
Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və "Samur" Ləzgi Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ləzgi dilində çap olunmuş Qurban Səidin "Əli və Nino", ləzgi şairi Eyvaz Güləliyevin "Seçilmiş Əsərlər II Hissə" kitablarının təqdimatı keçirilib.

AzEdu.az xəbər verir ki, BBMM-in icraçı direktorunun müavini Ramin Qəmbərov kitabların nəşrini təkcə ədəbi hadisə yox, eyni zamanda, Azərbaycanda multikultural dəyərlərin qorunmasının və inkişaf etdirilməsinin bariz nümunəsi adlandırıb.

Onun sözlərinə görə, Azərbaycan tarixən müxtəlif etnik-dini icmaların, dillərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı məkan olub. Ramin Qəmbərov Azərbaycanda həyata keçirilən multikultural siyasət nəticəsində bütün etnik icmaların ana dilinin, ədəbiyyatının və mədəni irsinin qorunması və inkişafı üçün geniş imkanlar yaradıldığına da diqqət çəkib.

BBMM-in baş məsləhətçisi Araz Qurbanov isə bildirib ki, kitabların nəşri ana dilinə, ədəbiyyata və mədəni müxtəlifliyə göstərilən diqqətin bariz nümunəsidir.

Sonra "Samur" Ləzgi Mədəniyyət Mərkəzinin sədri İmran Rzayev, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Ramiz Qusarçaylı çıxış edərək fikirlərini bölüşüblər.

Qeyd edək ki, Eyvaz Güləliyevin "Seçilmiş əsərlər II hissə" kitabında müəllifin şeirləri, qəzəlləri və Azərbaycanın tanınmış şairlərinin ləzgi dilinə tərcümə olunmuş əsərləri yer alıb.

İsr@il İranı BOMBARDMAN EDİR - Yüzlərlə ö*lü var
Son xəbərlərDaha çox