Azedu.az

Alimlər: Fiziki gücünüz ömrünüzü uzada bilər 

Xəbərlər

4 Mart 2026, 13:36
Alimlər: Fiziki gücünüz ömrünüzü uzada bilər 

Son araşdırmalar göstərir ki, əzələ kütləsi və fiziki gücün səviyyəsi insanın ömür uzunluğuna birbaşa təsir edə bilər.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqat nəticələrinə görə, güclü əzələlərə sahib olan şəxslər daha uzun yaşamağa meyllidirlər. Alimlər bunun səbəbini həm fiziki fəaliyyətin sağlamlıq üçün faydaları, həm də əzələ kütləsinin metabolizm və immun sisteminə müsbət təsiri ilə əlaqələndirirlər.

Araşdırmanın nəticələri, sağlam həyat tərzinin yalnız düzgün qidalanma və idmanla deyil, həmçinin əzələ gücünün qorunması ilə də birbaşa bağlı olduğunu göstərir. Mütəxəssislər əzələ kütləsinin artırılması və saxlanmasının yaşlanma prosesini yavaşlatmaq və ömrü uzatmaq üçün effektiv vasitə olduğunu vurğulayırlar.

Rusiya təyyarəsi Azərbaycanda - İrandan TƏCİLİ ruslar daşınır
Son xəbərlərDaha çox