ABŞ-də "OpenAI" şirkətinin Hərb Nazirliyi ilə rəsmi müqavilə imzaladığı barədə məlumat yayıldıqdan sonra "ChatGPT" mobil tətbiqinin silinmə sayında rekord artım qeydə alınıb. Bir gün ərzində tətbiqin silinmə göstəricisi 295 faiz yüksəlib.
AzEdu.az xəbər verir ki, bu statistika "Sensor Tower"in hesabatına istinadən "TechCrunch" nəşri tərəfindən paylaşılıb.
İstifadəçilərin bu reaksiyası rəqib platformaların göstəricilərinə də təsirsiz ötüşməyib. "OpenAI"nin açıqlamasından dərhal sonra ABŞ-də "Anthropic" şirkətinə məxsus "Claude" tətbiqinin yüklənmə sayında 37 faiz artım müşahidə olunub. Bundan əlavə, "Anthropic" Pentaqonla əməkdaşlıq etməyəcəyini bəyan etdikdən sonra yükləmələrin sayı daha 51 faiz artıb.
Şirkət bu qərarını alqoritmlərinin amerikalılara qarşı casusluq məqsədilə istifadə olunması riskləri səbəbindən müqavilə şərtlərini qəbul edə bilməməsi ilə əsaslandırıb.