Azedu.az

Cüdo Federasiyası kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək

Xəbərlər

3 Mart 2026, 17:07
Cüdo Federasiyası kəmər dərəcələri üzrə rəsmi imtahan keçirəcək

Martın 5-6-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

AzEdu.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır.

Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

SON DƏQİQƏ! İranın yeni müdafiə naziri də ö*ldürüldü
Son xəbərlərDaha çox