Azedu.az

İlin ilk Ay tutulması BAŞLADI

Xəbərlər

3 Mart 2026, 12:52
İlin ilk Ay tutulması BAŞLADI

2026-cı ilin ilk Ay tutulması hadisəsi başlayıb.

AzEdu.az xəbər verir ki, bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək: "Tutulmanın maksimumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və sutkanın işıqlı vaxtına düşdüyü üçün tutulma hadisəsini izləmək mümkün olmayacaq".

Qeyd edilib ki, "Qanlı Ay" kimi bilinən hadisə məhz tam Ay tutulması zamanı baş verir və Ayın rəngi qırmızı çalara boyanır: "Bunun səbəbi tutulma zamanı Yer atmosferindən keçən Günəş şüalarının ancaq uzundalğalı hissəsinin Ayın səthinə çata bilməsidir ki, bu zaman qırmızı çalara bürünür. Həmçinin Ay tutulması zamanı Yer Günəşlə Ay arasına düşür və Günəş işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki Yerin kölgə sahəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulması yalnız tam Ay fazasında baş verir. Tam Ay tutulması təxminən 105 dəqiqəyə qədər davam edə bilir. Günəş tutulmasından fərqli olaraq Ay tutulması Ayın üfüqdən yuxarıda olduğu hər yerdən müşahidə oluna bilər".

Ərdoğandan ŞOK XƏBƏRDARLIQ - Türkiyə İran'daki müharibəyə qoşulur mu?
Son xəbərlərDaha çox