“Məktəbli avtobusları” pilot layihəsi növbəti tədris ilindən etibarən daha geniş tətbiq edilsin.
AzEdu.az xəbər verir ki, bu təklif Ombudsmanın “Azərbaycan Respublikasında insan hüquqlarının qorunması haqqında” 2025-ci il üzrə Milli Məclisdə məruzəsi zamanı səsləndirilib
Təklif edilir ki, şagirdlərin təhsil müəssisəsinə gediş-gəlişinin asanlaşdırılması məqsədilə Bakı şəhəri ərazisində tətbiq olunan “Məktəbli avtobusları” pilot layihəsinin növbəti tədris ilindən etibarən daha da geniş tətbiqinin planlaşdırılmasını nəzərə alaraq, xidmətlə bağlı ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu nəzərə alınmaqla yenidən baxılsın.