Azedu.az

Həmkarlar İttifaqı üzvləri həftəsonu istirahətə qatılıblar

Xəbərlər

3 Mart 2026, 10:54
Həmkarlar İttifaqı üzvləri həftəsonu istirahətə qatılıblar

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi növbəti dəfə elm və təhsil sahəsində çalışanları bir araya gətirib.

AzEdu.az xəbər verir ki, adıçəkilən qurumun təşkilatçılığı ilə 50-dən çox üzv Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində və “Günəşli” Sağlamlıq Mərkəzində həftəsonu istirahətinə qatılıb. İştirakçılar üçün müalicəvi prosedurlar, sağlamlıq xidmətləri və müxtəlif əyləncəli proqramlar təşkil olunub.

ETİHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ilk təşkilat sədrləri ilə görüşüb. Görüşdə sosial müdafiə layihələrinin əhəmiyyəti vurğulanıb, həmçinin  həmkarlarla fikir mübadiləsi aparılıb, üzvlərin  təklifləri dinlənilib.Görüşdə əməkdaşlığın gücləndirilməsi ilə bağlı yeni təşəbbüslər də  irəli sürülüb.

Qeyd edək ki, sağlamlığın qorunması və asudə vaxtın səmərəli keçirilməsi məqsədilə bir neçə həftə davam edən bu layihə çərçivəsində 400 ittifaqı üzvü müxtəlif sanatoriyalarda istirahət imkanı qazanıb.

SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!
Son xəbərlərDaha çox