Azedu.az

“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib

Xəbərlər

3 Mart 2026, 10:37
“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib.

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində təhsil müəssisələrində “Xalqımızın milli-mənəvi dəyərlər sistemində ailənin rolu”, “Mənəvi dəyərlərə söykənən münasibətlər mədəniyyəti” və “Türk tarixinə səyahət” adlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda “Dəyərlərimizi qoruyaq!” adlı ədəbi-bədii kompozisiyalar, konsert proqramları, “Açıq dərs”lər, sinif təşkilat saatları, “Dəyirmi masa”, diskusiya, intellektual müsabiqə, yarış və sosial aksiyalar, Novruz tədbirləri, məktəblilərin əl işlərindən ibarət sərgilərin keçirilməsi, xalqımızın adət-ənənələrinin yer aldığı kinofilmlərin nümayişi, mənəvi dəyərlərimizi əks etdirən guşə və divar qəzetlərinin hazırlanması planlaşdırılır.

SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!
Son xəbərlərDaha çox