İstanbulun Çekmeköy rayonunda yerləşən liseydə şagirdlərdən biri özü ilə gətirdiyi bıçaqla iki müəllimi və bir məktəblini bıçaqlayıb.
AzEdu.az xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.
Xəbərdə bildirilir ki, yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıblar. Xəsarət alanlardan birinin vəziyyəti ağırdır, digər ikisinin həyatı üçün təhlükə yoxdur.
Liseyə hücum edən şəxs saxlanılıb, hadisə ilə bağlı araşdırma başlanılıb.
