Azedu.az

FHN üç yaşlı uşağı xilas etdi

Xəbərlər

1 Mart 2026, 12:24
FHN üç yaşlı uşağı xilas etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Eminbəyli küçəsində üç yaşlı uşağın barmaqlarının dəmir qapı arasında qalması və təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub.

AzEdu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Xilasedicilər xüsusi vasitələrlə uşağın barmaqlarını dəmir qapıdan çıxararaq xilas ediblər.

İranla sərhədimizdə gərginlik - Silahlar işə düşdü
Son xəbərlərDaha çox