Prezident İlham Əliyev uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AzEdu.az xəbər verir ki, Sərəncama əsasən, məktəbəhazırlıq və ümumi təhsil pillələri üzrə təhsil proqramlarına (kurikulumlara), o cümlədən məzmun standartlarına rəqəmsal savadlılıq, kibertəhlükəsizlik və məsuliyyətli onlayn davranış mövzuları daxil ediləcək.
Bununla yanaşı, mediada valideynlərə, müəllimlərə və uşaqlara yönəlmiş maarifləndirmə proqramlarının hazırlanaraq həyata keçirilməsi nəzərdə tutulur.
Sənədə əsasən, sosial şəbəkələrdən qanunauyğun istifadə və bu zaman uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi ilə bağlı mütəmadi maarifləndirmə işləri aparılacaq. Eyni zamanda uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatların təşviqi məqsədilə də tədbirlər görüləcək.