Azedu.az

Şamaxıda yeniyetmə ögey anasını qətlə yetirib

AzEdu Təhsil Platforması

27 Fevral 2026, 14:58
Şamaxıda yeniyetmə ögey anasını qətlə yetirib

Şamaxıda qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə Şamaxı rayon prokurorluğu məlumat yayıb.

Məlumata görə, fevralın 26-da Şamaxı rayonu ərazisində 1979-cu il təvəllüdlü Könül Eminovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla Könül Eminovanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rusiyada PANİKA! Ukraynadan şok zərbələr- Əhali hava limanına doluşdu
Son xəbərlərDaha çox