Azedu.az

Elm və təhsil naziri Sumqayıtda təhsil müəssisəsində olub

Xəbərlər

27 Fevral 2026, 13:12
Elm və təhsil naziri Sumqayıtda təhsil müəssisəsində olub

Fevralın 27-də elm və təhsil naziri Emin Əmrullayev Sumqayıt şəhərində yerləşən İsmət Qayıbov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində olub. 
 

AzEdu.az xəbər verir ki, məlumat verilib ki, təhsil müəssisəsi 2021-ci ildə əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda 3008 şagirdin təhsil aldığı məktəbdə 135 nəfər pedaqoji, 39 nəfər isə texniki işçi çalışır.
 

Sinif otaqlarına baxış zamanı nazir STEAM və “Rəqəmsal bacarıqlar” layihələrinin tədris prosesi ilə yaxından maraqlanıb, dərslərin təşkilini izləyib və şagirdlərlə fikir mübadiləsi aparıb. Şagirdlərin təqdim etdikləri layihə və praktiki işlərlə tanış olan nazir sözügedən layihələrin əhatə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
 

Səfər çərçivəsində elm və təhsil naziri təhsil müəssisəsində yaradılmış, imtahanların təşkili üçün nəzərdə tutulan MİQ mərkəzinə də baxış keçirib. Nazir həmçinin məktəbin kitabxanasındakı mövcud şəraitlə tanış olub, şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması və oxu mədəniyyətinin təşviqinin təhsil prosesinin ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.
 

Qeyd edək ki, məktəblə tanışlıq zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva da iştirak ediblər.

Rus əsgərləri Ermənistandan QOVULDU - Kritik proses başlayır
Son xəbərlərDaha çox