Azedu.az

Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı MÖHLƏT VERİLSİN

Xəbərlər

27 Fevral 2026, 09:23
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı MÖHLƏT VERİLSİN

Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilməsi təklif edilir.

AzEdu.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”ndə əksini tapıb.

Məruzəyə əsasən, təhsil hüququnun ayrı-seçkiliyə yol verilmədən zamanında reallaşdırılması və bununla da bərabərlik hüququnun təmin edilməsi məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 21-ci (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) maddəsində qiyabi təhsilalma formasında təhsil alan şəxslərə münasibətdə də çağırışa möhlət verilməsi ilə bağlı müvafiq dəyişikliyin edilməsi təklif olunur.

(mənbə: APA)

TƏCİLİ! Gecə döyüşlər başladı - İslam dövlətinə hücum
Son xəbərlərDaha çox