Azedu.az

Bu ölkədə uşaqlarda piylənmə rekord həddə çatdı

Xəbərlər

26 Fevral 2026, 23:11
Bu ölkədə uşaqlarda piylənmə rekord həddə çatdı

Yeni araşdırmalar göstərir ki, ABŞ‑də 2-19 yaşlı uşaqlar və yeniyetmələr arasında piylənmə səviyyəsi rekord həddə çatıb. 

AzEdu.az xəbər verir ki, “Centers for Disease Control and Prevention” tərəfindən aparılan tədqiqatda məlum olub ki, uşaqların 21,1%-i artıq çəki problemi ilə üzləşir, bu isə son 50 ildə qeydə alınan ən yüksək göstəricidir.

Tədqiqat həmçinin ciddi piylənmə hallarının daha da artdığını bildirir. Sağlamlıq mütəxəssisləri qeyd edirlər ki, bu tendensiya uşaqların gələcək sağlamlıq və inkişafına ciddi risklər yaradır.

Mütəxəssislər valideynlərə və məktəblərə çağırış edirlər ki, uşaqlarda fiziki aktivliyi artırmaq, balanslı qidalanmanı təşviq etmək və sağlam həyat tərzini öyrətmək üçün tədbirlər görsünlər.

CDC-nin məlumatına görə, piylənmə yalnız fiziki sağlamlıq problemi deyil, həm də psixoloji və sosial inkişafı təsir edə bilər. Bu səbəbdən ekspertlər erkən müdaxilə və maarifləndirmənin vacibliyini vurğulayırlar.

Televiziyalarda yeni dövr - Kimlər efirlərdən qovulacaq?
Son xəbərlərDaha çox