Alimlər aşkarlayıblar ki, Ayın qaranlıq bazalt düzənlikləri olan “maria” bölgələrində zəlzələlər əvvəlki düşüncələrdən daha çox baş verir.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bəzi çatlaq xətləri yalnız bir neçə on milyon il əvvəl əmələ gəlib.
NASA-nın yüksək keyfiyyətli şəkillərinə əsaslanan tədqiqatçılar, əvvəllər məlum olmayan 1.114 yeni çatlaq xətini aşkar ediblər. İndi Ayda ümumilikdə 2.634 çatlaq xətinin olduğu müəyyən edilib.
Alimlər bildirirlər ki, Ay hələ də yavaş-yavaş soyuyur və bu proses səthdə qırışlar yaradır. Maria düzənliklərindəki aktivlik gələcək Ay missiyaları və potensial bazalar üçün həm fürsət, həm də risk deməkdir. Səthi zəlzələlər, burada infrastruktur qurmaq istəyən insanlar üçün təhlükəli ola bilər.