Azedu.az

Nazir müavini İdris İsayev Xırdalanda vətəndaşları qəbul edib

Xəbərlər

25 Fevral 2026, 15:01
Nazir müavini İdris İsayev Xırdalanda vətəndaşları qəbul edib

Fevralın 25-də elm və təhsil nazirinin müavini İdris İsayev Xırdalan şəhərində vətəndaşları qəbul edib. 

AzEdu.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 
 
Qəbulda Sumqayıt, Abşeron, Xızı, Qubadlı və Zəngilan sakinləri iştirak ediblər.
 
Vətəndaşların müraciətləri əsasən direktorların işə qəbulu, iş yerinin dəyişdirilməsi, ali təhsil  və digər məsələlərlə bağlı olub.
 
Nazir müavini İdris İsayev qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verib.

Efirlərdəki BİABIRÇILIQ YIĞIŞDIRILIR - Alimlərimiz iclasda yatdı
Son xəbərlərDaha çox