Türkiyənin Muğla vilayətində baş verən ailədaxili mübahisə ölümlə nəticələnib.
AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 16 yaşlı yeniyetmə və qardaşı arasında mübahisə dava ilə nəticələnib.
İddialara əsasən, davada 16 yaşlı yeniyetmə qardaşına sinə və qarın nahiyəsindən bıçaqla xəsarət yetirib.
17 yaşlı gənc xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra yeniyetmə, eləcə də 12 yaşlı qardaşı və 18 yaşlı əmioğlusu polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.