Azedu.az

Təhsil müəssisələrində kağız daşıyıcıları tarixə qovuşacaq

Xəbərlər

24 Fevral 2026, 11:39
Təhsil müəssisələrində kağız daşıyıcıları tarixə qovuşacaq

"Bildiyiniz kimi, universitetlər tərəfindən verilən bütün təhsil sənədləri - attestatlar, diplomlar, sertifikatlar artıq elektron formatda təqdim olunacaq".

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.

Onun sözlərinə görə, kağız daşıyıcıları getdikcə tarixə qovuşacaq:

"Əlbəttə, indi biz keçid dövrünü yaşayırıq. Bir neçə ay ərzində bəzi əməkdaşlar və tələbələr üçün sənədlərin kağız üzərində verilməsi hələ mümkündür. Lakin tədris ilinin sonunda bütün sənədlər yalnız elektron qaydada təqdim olunacaq.

Elektron sənədin bir çox üstünlükləri var. Onun yoxlanması çox rahatdır və saxtalaşdırılması mümkün deyil, həmçinin sənədin verilməsi daha sürətlidir. Əvvəllər hər sənəd üçün aylarla gözləyirdik, indi isə bu proses bir neçə dəqiqəyə başa gələcək.

Son qiymətlər yekunlaşdırıldıqdan sonra bütün məlumatlar elektron qiymətləndirmə sistemində əks olunacaq. Müəllimlər də bu sistem vasitəsilə tələbələrin sənədlərinə baxa və onları idarə edə biləcək.

Yəni, demək olar ki, təhsil sistemində yeni dövr başlayır - daha şəffaf, sürətli və təhlükəsiz".

Tehranda güclü partlayışlar: İrana hücum...
Son xəbərlərDaha çox