Azedu.az

Elektron resurslar müəllimlərin dərs keçməsini asanlaşdırır

Xəbərlər

24 Fevral 2026, 11:19
Elektron resurslar müəllimlərin dərs keçməsini asanlaşdırır

"Müəllimlər dərs prosesində rəqəmsal resurslardan, interaktiv platformalardan və innovativ texnologiyalardan rahat istifadə edərək tədrisi daha effektiv və müasir formada təşkil edə bilirlər".

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov brifinqdə qeyd edib.

"İnfrastruktur layihələri mərhələli şəkildə həyata keçirilir və bu proses paralel olaraq metodiki dəstək və müzakirə platformaları ilə müşayiət olunur. Artıq qiymətləndirmə proseslərinin böyük hissəsi elektron müstəvidə aparılır.

Toplanan məlumatlar təhlil edilərək idarəetmə qərarlarının qəbulunda istifadə olunur və nəticələr əsasında həm şagirdlər, həm də pedaqoji heyət üçün fərdi inkişaf istiqamətləri müəyyənləşdirilir.

Yeni texnologiyaların və yenilənmiş məzmunun tətbiqi üçün uyğun mühit formalaşdırılması zəruridir. Bu məqsədlə məktəblərdə yüksək sürətli internet təmin olunub və müasir avadanlıqlarla təchiz edilmiş İT otaqları yaradılıb.

Beləliklə, müəllimlər dərs prosesində rəqəmsal resurslardan, interaktiv platformalardan və innovativ texnologiyalardan rahat istifadə edərək tədrisi daha effektiv və müasir formada təşkil edə bilirlər."

Tehranda güclü partlayışlar: İrana hücum...
Son xəbərlərDaha çox