Azedu.az

"BilBacar" müsabiqəsinin III mərhələsi başladı

Xəbərlər

23 Fevral 2026, 13:41
"BilBacar" müsabiqəsinin III mərhələsi başladı

"BilBacar" müsabiqəsinin III yarış mərhələsinə start verilib.

AzEdu.az xəbər verir ki, “Yarış” mərhələsinin hər bir seansı məktəbdə "BilBacar" koordinatorunun nəzarəti və müşayiəti ilə təşkil olunur. III yarış mərhələsi 10 dərs günü müddətində (23 fevral–27 fevral, 2 mart–6 mart) keçiriləcək və şagirdlər öz "BilBacar" hesablarına daxil olaraq yarışda iştirak edə biləcəklər.

“Yarış” mərhələsi başa çatdıqdan sonra şagirdlər nəticələrini respublika, regional təhsil idarəsi və məktəb səviyyəsində görə bilərlər.

Qeyd edək ki, müsabiqənin məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, mütaliəni təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

Tehranda güclü partlayışlar: İrana hücum...
Son xəbərlərDaha çox