23 fevral saat 12:00-dan etibarən Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsinin Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə iştirakçıları portal.edu.az platformasından buraxılış vərəqələrini əldə edə bilərlər.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, buraxılış vərəqəsini əldə etməkdə çətinlik çəkən şagirdlərin təhsil aldıqları ümumtəhsil müəssisələrinə müraciət etmələri xahiş olunur.
Yuxarıda göstərilmiş fənlər üzrə RFO-nun yarımfinal mərhələsi 28 fevral 2026-cı il tarixində təşkil ediləcək. Bu mərhələdə şagirdlərdən 120 dəqiqə ərzində 20 qapalı test tapşırığına cavab vermək tələb olunur.
Yarımfinal mərhələsində hər fənn və hər bir yaş qrupu üzrə ən yüksək nəticə göstərmiş 60 nəfər şagird (riyaziyyat və informatik fənləri üzrə yuxarı yaş qrupunda 90 nəfər) finalda iştirak hüququ əldə edəcək.
Qeyd edək ki, informatika fənni üzrə yarımfinal turu 7-8 mart 2026-cı il tarixlərində keçiriləcək. Buraxılış vərəqələrini yaxın günlərdə şəxsi kabinetlərdən əldə etmək mümkün olacaq.