Azedu.az

Gəncədə azyaşlı uşaq ölüb

Xəbərlər

22 Fevral 2026, 10:12
Gəncədə azyaşlı uşaq ölüb

Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişib.

AzEdu.az xəbər verir ki, təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, azyaşlının yüksək qızdırma səbəbindən vəfat etdiyi bildirilir.

Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

İranla Rusiyadan ŞOK HƏMLƏ - Bakıya qarşı təxribat
Son xəbərlərDaha çox