Azedu.az

ADAU-nun tələbəsi futbol oynayarkən həyatını itirdi 

AzEdu Təhsil Platforması

21 Fevral 2026, 22:45
ADAU-nun tələbəsi futbol oynayarkən həyatını itirdi 

Azərbaycan Dövlət Aqrar Universitetinin  tələbəsi vəfat edib.

AzEdu.az xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 2007-ci il təvəllüdlü, Quba rayonundan olan Təbriz Nuriyev futbol oynayarkən qəfil halı pisləşib və meydançada vəfat edib.

Hazırda onun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə yerləşdirilib.

Gəncin ürək çatışmazlığından vəfat etdiyi ehtimal olunur.

Rusiyada PANİKA! Ukraynadan şok zərbələr- Əhali hava limanına doluşdu
Son xəbərlərDaha çox