Azedu.az

Abşeron-Xızı icra başçılarının ali təhsili - ixtisaslar nələrdir?

Region təhsili

Abşeron-Xızı Regional Təhsil İdarəsi

21 Fevral 2026, 15:22
Abşeron-Xızı icra başçılarının ali təhsili - ixtisaslar nələrdir?

İcra hakimiyyəti başçıları rayonların sosial-iqtisadi inkişafında və dövlət siyasətinin yerli səviyyədə icrasında əsas fiqurlardan sayılır. Onların fəaliyyəti əhalinin rifahına, idarəetmədə şəffaflığa birbaşa təsir göstərir. Bu vəzifəni icra edən şəxslərin peşəkar hazırlığı və idarəçilik bacarıqları isə xüsusi əhəmiyyət kəsb edir.

Məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.

AzEdu.az  Abşeron-Xızı iqtisadi rayonuna daxil olan rayonların icra başçılarının təhsil yolları ilə bağlı yazı hazırlayıb.

Qeyd edək ki, Abşeron-Xızı iqtisadi rayonuna Sumqayıt, Abşeron və Xızı rayonları daxildir. 

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 1954-cü il fevralın 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.

1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil alıb. 1975-ci ildə D. Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun “Sənaye iqtisadiyyatı” fakültəsinin axşam şöbəsinə daxil olmuş, 1980-ci ildə həmin institutu bitirib.

178000

Abşeron rayon İcra Hakimiyyətinin Başçısı  Abdin Fərzəliyev 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

1974-84-cü illərdə orta ümumtəhsil məktəbində təhsil alıb. 1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Kimya-biologiya" fakültəsinə daxil olub. 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirib. 

178001

Xızı rayon İcra Hakimiyyəti Başçısı Xəzər Aslanov  06 iyun 1970-ci ildə Bakı şəhərində anadan olub. 

Lakin, Xəzər Aslanovun təhsili ilə bağlı heç bir məlumat əldə edə bilmədik. 

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
Son xəbərlərDaha çox