Azedu.az

Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA 

Xəbərlər

19 Fevral 2026, 17:15
Küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA 

Fevralın 19-u saat 16:00-a olan faktiki hava açıqlanıb.


Bu barədə AzEdu.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi rayonlarda yağıntlı və küləkli hava şəraiti müşahidə olunur.

Şahbuz, Gədəbəy, Sarıbaşda (Qax) yağış, Qrız (Quba), Xınalıq, Daşkəsən və Şahdağda isə qar yağır.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtərdə 25, Lerikdə 23, Qəbələdə 22, Gəncə, Tovuz, Qobustan, Göyçayda 20, Mingəçevir, Ağdam, Balakəndə 18, Sabirabad, Bakıda və Abşeron yarımadasında 17, Şamaxıda 16, Şabran, Yevlaxda 15 m/s-dək güclənir.

Göyçay, İmişli, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı
Son xəbərlərDaha çox