Elçin Səmədov Sabirabad Peşə Liseyində direktor vəzifəsinə təyin edilib.
AzEdu.az-a bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Elçin Səmədov Şirvan şəhərində anadan olub. Ali təhsilini Sumqayıt Dövlət Universitetini "Azərbaycan dili və ədəbiyyatı müəllimi" ixtisası üzrə bitirib. 2024-cü ildən Azərbaycan Texniki Universitetində "Biznesin idarə edilməsi" ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.
2010-2017-ci illərdə Sabirabad rayonu E.Sədiyev adına Qaragüney kənd 2 saylı tam orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışmış, Sabirabad rayonu İ. Məmmədov adına Azadkənd kənd tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib.
2017-2025-ci il tarixinədək Sabirabad rayonu Yaxa Dəllək kənd Ə. Xanlarov adına tam orta məktəbə direktor vəzifəsinə təyin edilib.