Azedu.az

İbadət vaxtı təhlükəli zarafat: 15 yaşlı yeniyetmə saxlanıldı

Xəbərlər

19 Fevral 2026, 16:28
İbadət vaxtı təhlükəli zarafat: 15 yaşlı yeniyetmə saxlanıldı

Türkiyənin Kayseri şəhərində bir məsciddə Ramazan ayının ilk təravih namazı qılınarkən xoşagəlməz hadisə baş verib. 15 yaşlı yeniyetmə namaz qılanların arasına fişəng atıb.

AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış səsi səbəbindən məsciddə olan camaat arasında qısa müddətli təşviş yaşanıb. Hadisə anı mobil telefonla lentə alınaraq sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.

Yayılan görüntülər cəmiyyətdə narazılıq doğurduqdan sonra hüquq-mühafizə orqanları tərəfindən 15 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı
Son xəbərlərDaha çox