Azedu.az

Məktəbli avtobusu aşıb - 9 nəfər yaralandı

Xəbərlər

19 Fevral 2026, 15:27
Məktəbli avtobusu aşıb - 9 nəfər yaralandı

Adananın Ceyhan rayonunda şagirdləri daşıyan servis mikroavtobusu yol kənarındakı dərəyə aşıb. Qəza nəticəsində 2-si ağır olmaqla 9 nəfər xəsarət alıb.

AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə günorta saatlarında rayonun Üçdutyeşilova məhəlləsində qeydə alınıb.

İlkin məlumata görə, sürücünün idarəetməni itirməsi nəticəsində servis mikroavtobusu yoldan çıxaraq dərəyə düşüb. Ətrafdakı sakinlərin məlumatı əsasında hadisə yerinə yanğınsöndürmə, təcili tibbi yardım və jandarma briqadaları cəlb olunub.

Qəza zamanı yaralanan sürücü və 8 şagird yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq tibb işçilərinə təhvil verilib. Yaralılar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin verdiyi məlumata görə, sürücü və bir şagirdin vəziyyəti ağır qiymətləndirilir. Digər 7 şagirdin vəziyyətinin isə qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı
Son xəbərlərDaha çox