Azedu.az

Tələbələrə gediş haqqında güzəştlər təklif olunur

Xəbərlər

18 Fevral 2026, 16:29
Tələbələrə gediş haqqında güzəştlər təklif olunur

Artıq meqapolisə çevrilən Bakıda bəzi əhali təbəqələri – tələbələr, alimlər və tibb işçiləri ictimai nəqliyyatdan endirimli qiymətlərlə istifadə etməlidirlər. Vəhdət Partiyası bu təkliflə hökumət qarşısında çıxış edir.

AzEdu.az xəbər verir ki, bu sözləri Vəhdət Partiyası sədri Adəm İsmayıl Bakuvi söyləyib. 

O, bildirib ki, bütün dünya təcrübəsində, eləcə də qardaş Türkiyədə olduğu kimi, ölkəmizdə də müəyyən kateqoriyadan olan insanlar üçün nəqliyyatda endirimli qiymətlər tətbiq oluna bilər:

Bu baxımdan, Vəhdət Partiyasının sədri kiçik bir subsidiya ilə gənclərin, alimlərin və tibb işçilərinin fəaliyyətinin stimullaşdırıla biləcəyini deyir:

"Bu, sadəcə iqtisadi məsələ deyil – kiçik bir subsidiya ilə gənclərin, alimlərin və tibb işçilərinin həyatına rahatlıq gələcək, onlarda elmə stimul, dövlətə inam daha da güclənəcək. Bu, sosial rifahdan daha çox  milli inkişafın ideoloji hissəsidir. Tələbələrimiz dövlətin diqqətini, qayğısını daha yaxından hiss etmiş olacaqlar. Tələbə yol pulu, təhsil haqqı, yemək pulu və kirayə haqqı ödəyir. Bunlar heç də az vəsait deyil. Nəqliyyatda gediş haqqı güzəşti onların aylıq büdcəsinə müsbət təsir göstərmiş olar.

Vəhdət Partiyasının "Tələbələrə, alimlərə və tibb işçilərinə nəqliyyat subsidiyası tətbiq edilməsi haqqında” təkliflər paketində güzəşt praktikasının ilk olaraq Bakı və Abşeronda sınaq olaraq tətbiq edilməsi təklif olunur. Layihədə qeyd olunur ki, bu ərazidə təxminən 200 min tələbə və şagird, 30 min nəfər  elmi işçi, 120 min nəfər  tibb işçisi ictimai nəqliyyatdan gündəlik istifadə edir.

Tələbə və şagirdlər üçün gediş haqqının 50% güzəşt, digər kateqoriyalar üçün isə 30% güzəşt təklif olunur. Güzəşt ediləcək şəxslərin ortalama olaraq gündə iki dəfə metro və ya avtobusdan istifadə etdiyi nəzərdə tutularaq, onların nəqliyyata sərf etdikləri aylıq orta xərcin təxminən 30 manat təşkil etdiyi ehtimal olunur. Əgər tələbələrə 50% güzəşt tətbiq edilsə, aylıq fərq 15 manat, illik isə 180 manat təşkil edəcək. Ümumilikdə isə dövlət xərci təxminən 66–67 milyon manat olacaq. Bu, 49 milyard manatlıq 2026-cı il dövlət büdcəsinin xərclərinin cəmi 0,13%-inə bərabərdir.

Vəhdət Partiyası ilkin mərhələdə Bakı və Abşeronda tələbə və şagirdlər üçün 50%, alim və tibb işçiləri üçün 30% güzəşt tətbiq olunmasını təklif edir".

 

Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı
Son xəbərlərDaha çox