Azedu.az

Məktəbli proqramçılarımızın daha bir uğuru

Xəbərlər

17 Fevral 2026, 17:42
Məktəbli proqramçılarımızın daha bir uğuru

7-8 fevral tarixlərində Rumıniyada keçirilən 10-cu “Info(1)Cup” proqramlaşdırma müsabiqəsinin nəticələri məlum olub.

AzEdu.az xəbər verir ki, iştirakçılarımız 1 qızıl, 3 gümüş, 2 bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.

Qeyd edək ki, 16 ölkədən 189 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı müsabiqəyə məktəblilərimiz Azərbaycan Texniki Universitetinin laboratoriyasından onlayn qaydada qoşulublar.

Fərqlənən istedadlarımızla tanış olaq: Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə – qızıl medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Ömər Əliməmmədzadə – gümüş medal, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Elay Verdiyev və Əkbər Əhmədov – gümüş medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Atilla Mustafa və Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 10-cu sinif şagirdi Mərd Cəfərzadə – bürünc medal.

Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadaları və müsabiqələrinə hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 114 medal qazanıblar.

Rusiyada DƏHŞƏTLİ ANLAR - Azərbaycanlıların meyiti tapıldı
Son xəbərlərDaha çox