Azedu.az

Ağdamda tələbə dərmandan zəhərlənib - YENİLƏNİB

Xəbərlər

17 Fevral 2026, 17:51
Ağdamda tələbə dərmandan zəhərlənib - YENİLƏNİB

Bu gün saat 15:10 radələrində 1 nəfər qadın zəhərlənmə şübhəsilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

AzEdu.az xəbər verir ki, 2007-ci il təvəllüdlü şəxsə dərman vasitələrinin yaratdığı toksiki effekt diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti kafi qiymətləndirilir.

16:56

Ağdam rayonunda zəhərlənmə faktı qeydə alınıb.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Biləsuvar rayon sakini, 2007-ci il təvəllüdlü A. Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib.

O, dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir.

A.Əliyeva Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Rusiyada DƏHŞƏTLİ ANLAR - Azərbaycanlıların meyiti tapıldı
Son xəbərlərDaha çox