Azedu.az

Şərqi Zəngəzurun icra başçıları hansı ixtisaslar üzrə təhsil ALIB?

Xəbərlər

17 Fevral 2026, 16:47
Şərqi Zəngəzurun icra başçıları hansı ixtisaslar üzrə təhsil ALIB?

İcra hakimiyyəti başçıları rayonların sosial-iqtisadi inkişafında və dövlət siyasətinin yerli səviyyədə icrasında əsas fiqurlardan sayılır. Onların fəaliyyəti əhalinin rifahına, idarəetmədə şəffaflığa birbaşa təsir göstərir. Bu vəzifəni icra edən şəxslərin peşəkar hazırlığı və idarəçilik bacarıqları isə xüsusi əhəmiyyət kəsb edir.

Məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.

AzEdu.az Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan rayonların icra başçılarının təhsil yolları ilə bağlı yazı hazırlayıb.

Qeyd edək ki, Şərqi Zəngəzur iqtisadi rayonuna Cəbrayıl,Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonları daxildir. 

 

177821

Cəbrayıl  rayon İcra Hakimiyyətinin başçısı Həsənov Kamal İltifat oğlu 02 oktyabr 1957-ci ildə Cəbrayıl şəhərində anadan olmuş, 1978- ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 

177822

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı  Qocayev Azər Bəhlul oğlu 7 oktaybr 1985-ci  ildə Sumqayıt şəhərində anadan olmuşdur.
2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Elektroenergetika fakültəsini bitirib. 

177823

Laçın rayonu İcra Hakimiyyəti başçısı Nəzərli Aqil Ağaxan oğlu 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmub. 

Ali təhsillidir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirib. 

 

177824

Qubadlı rayon icra Hakimiyyətinin başçısı İsaqov Malik Xizir oğlu 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmub. 
1970-ci ildə Hal kənd orta məktəbini bitirib. 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirib. 

177825

Zəngilan rayоn İcra Haкimiyyətinin başçısı Ramiz Şamil oğlu Həsənov 1960-cı ilin aprеl ayının 7-də Azərbaycan Rеspubliкası Cəbrayıl rayоnunun Böyüк Mərcanlı кəndində anadan оlmub. 

1982-ci ildə Bakı Dövlət Univеrsitеtinin tariх faкültəsinə daхil оlmuş, 1988-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa vurmub. 

 

 

 

Rusiyada DƏHŞƏTLİ ANLAR - Azərbaycanlıların meyiti tapıldı
Son xəbərlərDaha çox