Azedu.az

Türkiyədə müəllimlər qarlı havada şagirdləri üçün odun doğrayır

Xəbərlər

17 Fevral 2026, 14:24
Türkiyədə müəllimlər qarlı havada şagirdləri üçün odun doğrayır

Türkiyənin Bitlis vilayətinin Güroymak rayonunda yerləşən Kavunlu kənd ibtidai məktəbində çalışan iki qadın müəllimə çətin qış şəraitinə baxmayaraq, cəmi 7 şagirdin təhsili üçün fədakarlıqla çalışır.

AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rayon mərkəzindən 7 kilometr uzaqlıqda yerləşən məktəbdə istilik sistemi olmadığından müəllimələr özləri odun doğrayır, kömür daşıyır və soba qalayaraq sinif otaqlarını qızdırırlar. Daha sonra isə şagirdlərini qayğı ilə qarşılayaraq dərs prosesinə başlayırlar.

Müəllimələr bildirirlər ki, dağlıq ərazidə yerləşən kənddə qış mövsümü olduqca sərt keçir. Buna baxmayaraq, onlar qarşılaşdıqları çətinliklərin işlərinə olan sevgilərini azaltmadığını vurğulayırlar. Onların sözlərinə görə, kənd müəllimliyi fədakarlıq, səbir və böyük məsuliyyət tələb edir.

Şagird sayının az olması müəllimələrə hər bir uşaqla fərdi şəkildə məşğul olmaq imkanı yaradır. Onlar dərslərlə yanaşı müxtəlif tədbirlər və oyunlar təşkil edərək uşaqların məktəbə marağını artırmağa çalışırlar.

Müəllimələr hesab edirlər ki, harada yaşamasından asılı olmayaraq, hər bir uşağın keyfiyyətli və bərabər şərtlərlə təhsil almaq hüququ var və onlar bu məsuliyyəti layiqincə yerinə yetirməyə çalışırlar.

Rusiyada DƏHŞƏTLİ ANLAR - Azərbaycanlıların meyiti tapıldı
Son xəbərlərDaha çox