Azedu.az

30 min uşağa sosial xidmət göstərilib

Xəbərlər

17 Fevral 2026, 11:55
30 min uşağa sosial xidmət göstərilib

“Ötən il Sosial Xidmətlər Agentliyi tərəfindən həssas əhali qrupuna aid olan 100 mindən çox şəxsə sosial xidmət göstərilib. Onların 30 mini risk qrupunda olan və həssas kateqoriyaya aid uşaqlar olub”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbirində səsləndirib.

O bildirib ki, mövcud 21 sosial xidmət müəssisəsindən 9-u bilavasitə uşaqlarla bağlıdır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizdə uşaqların sosial rifahının gücləndirilməsinə xüsusi önəm verir. Eyni zamanda, müəssisələrdə yaşayan uşaqların qayğı ilə əhatə olunması, onların ailələrə reinteqrasiyası, övladlığa götürmə və himayədar ailə institutunun inkişafı istiqamətində ardıcıl işlər həyata keçirilir. Mövcud 21 sosial xidmət müəssisəsindən 9-u bilavasitə uşaqlarla bağlıdır. Bu müəssisələrdə yaşayan uşaqların cəmiyyətə inteqrasiyası, onların digər uşaqlarla birlikdə ictimai həyatda fəal iştirakının təmin edilməsi əsas hədəflərimizdəndir. Bu məqsədlə həmin uşaqlar da layihədə iştirak etmiş və bu gün sertifikat alan, qalib olan uşaqlar arasında yer almışlar”.

Rusiyada DƏHŞƏTLİ ANLAR - Azərbaycanlıların meyiti tapıldı
Son xəbərlərDaha çox