Azedu.az

Uşaqların hüquqlarına dair müraciətlər operativ araşdırılır

Xəbərlər

17 Fevral 2026, 10:48
Uşaqların hüquqlarına dair müraciətlər operativ araşdırılır

“Uşaqlar bizim sərvətimiz, sabaha olan ümidlərimizdir. Uşaqların hüquqlarının qorunmasına görə hər birimiz məsuliyyət daşıyırıq. Uşaqların müdafiəsi Azərbaycan dövlət siyasətində mühüm yer tutur və bu sahədə ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir”.

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Hüquqlarınla parla!” layihəsinin bağlanış tədbirində səsləndirib.

Ombudsmanın sözlərinə görə, uşaqların müdafiəsi istiqamətində silsilə maarifləndirici tədbirlər keçirilir: “Ölkəmizin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə uşaqların hərtərəfli inkişafına yönəlmiş müxtəlif layihələr icra edilir. Müasir standartlara cavab verən təhsil, səhiyyə və sosial infrastruktur obyektləri istifadəyə verilir. Mövcud müəssisələr əsaslı şəkildə bərpa edilir, yeni mərkəzlər açılır.

Görülən kompleks tədbirlər nəticəsində uşaqların keyfiyyətli təhsil, səhiyyə, sosial və digər xidmətlərə çıxış imkanları genişlənir. Onların rifahının yüksəldilməsi və hüquqlarının effektiv müdafiəsi sayəsində mühüm irəliləyişlər əldə olunur”.

Səbinə Əliyeva qeyd edib ki, uşaq hüquqlarının müdafiəsi Ombudsman Aparatının fəaliyyətinin prioritet istiqamətlərindəndir: “Ombudsman Aparatı tərəfindən uşaq hüquqlarının pozulmasına dair müraciətlər operativ qaydada araşdırılır, həlli istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilir. Uşaqların hüquq və mənafelərinin təmin olunma vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilir. BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər beynəlxalq öhdəliklərin həyata keçirilməsi istiqamətində tövsiyələr verilir.

Ombudsman Aparatı tərəfindən uşaqların hüquqlarının müdafiəsi sahəsində mövcud vəziyyətin və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təhlillər aparılır. Qanun və digər normativ hüquqi akt layihələrinə, dövlət proqramlarına baxılaraq aidiyyəti qurumlara təkliflər təqdim olunur. Son dövrdə hazırlanan mühüm sənədlərdən olan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsinə və digər əlaqəli normativ hüquqi akt layihələrinə, həmçinin Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026–2030-cu illər üçün Fəaliyyət Planının layihəsinə tərəfimizdən təkliflər təqdim olunmuş, həmin təkliflər dövlət hökuməti tərəfindən qəbul edilmişdir”. 

O bildirib ki, adıçəkilən qanun layihəsi Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilib.

Rusiyada DƏHŞƏTLİ ANLAR - Azərbaycanlıların meyiti tapıldı
Son xəbərlərDaha çox