Azedu.az

Gec yemək ürəyə zərər verə bilər - alimlərdən XƏBƏRDARLIQ

Xəbərlər

17 Fevral 2026, 09:25
Gec yemək ürəyə zərər verə bilər - alimlərdən XƏBƏRDARLIQ

ABŞ-də aparılan yeni araşdırma yatmazdan əvvəl son 3 saat ərzində yemək yeməməyin ürək sağlamlığı və maddələr mübadiləsinə müsbət təsir göstərə biləcəyini ortaya qoyub.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Northwestern Medicine tərəfindən həyata keçirilən tədqiqatda son yeməyin vaxtının ürək və metabolik göstəricilərə təsiri araşdırılıb. Araşdırmaya artıq çəkili şəxslər cəlb olunub və iştirakçılar iki qrupa bölünüb.

Birinci qrup yatmazdan ən azı üç saat əvvəl qidalanmanı dayandırıb və 13–16 saatlıq gecə orucu saxlayıb. İkinci qrup isə 11–13 saatlıq oruc rejimini davam etdirib. Tədqiqat müddətində bütün iştirakçılar yatmazdan üç saat əvvəl işıqları azaltmaq qaydasına da əməl ediblər.

Araşdırma zamanı iştirakçıların qəbul etdiyi kalori miqdarı dəyişdirilməyib, yalnız qidalanma vaxtı tənzimlənib. Nəticələr göstərib ki, son yeməyin vaxtını daha erkənə çəkən qrupda gecə qan təzyiqi və ürək döyüntüsü əhəmiyyətli dərəcədə azalıb, eyni zamanda qan şəkəri göstəricilərində yaxşılaşma müşahidə olunub.

Tədqiqat müəllifləri xüsusilə ürək-damar xəstəlikləri riski yüksək olan şəxslər üçün yemək saatını erkənə çəkməyin, pəhrizin tərkibini dəyişmədən tətbiq oluna bilən praktik üsul ola biləcəyini bildiriblər.

Tədqiqatın nəticələri “Arteriosclerosis, Thrombosis, and Vascular Biology” elmi jurnalında dərc olunub.

Rusiyada DƏHŞƏTLİ ANLAR - Azərbaycanlıların meyiti tapıldı
Son xəbərlərDaha çox