Azedu.az

Günəşdə güclü partlayış qeydə alınıb

Xəbərlər

16 Fevral 2026, 18:36
Günəşdə güclü partlayış qeydə alınıb

Fevralın 16-da səhər saatlarında Günəşin səthində M2.4 gücündə güclü partlayış baş verib.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, maksimum şüalanma Moskva vaxtı ilə saat 7:35-də (Bakı vaxtı ilə 8:35) qeydə alınıb. Qeyd olunur ki, son günlər Günəşin aktivliyi minimal səviyyədə olub və bu hadisə gözlənilməz xarakter daşıyıb.

Alimlərin məlumatına görə, partlayış Günəşin görünməz tərəfində baş verdiyi üçün Yer kürəsi üçün təhlükə yaratmır. Plazma kütlələrinin planetimizdən yan keçəcəyi vurğulanıb.

Bakıda rus şəbəkəsi dağıdılır - Kreml nə edəcək?
Son xəbərlərDaha çox