Azedu.az

Yaponiyalı gənc yeniyetmələrə bıçaqla xəsarət yetirib

Xəbərlər

15 Fevral 2026, 10:23
Yaponiyalı gənc yeniyetmələrə bıçaqla xəsarət yetirib

Yaponiyada 20 yaşlı gənc üç yeniyetməyə bıçaq xəsarətləri yetirib, onlardan biri dünyasını dəyişib.

AzEdu.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi yerli polisə istinadən məlumat yayıb.

Bİldirilib ki, insident Osakanın mərkəzindəki turistik Dotonbori rayonunda baş verib. Hücum edən şəxs və qurbanları tanış olublar, insidentdən az əvvəl onların arasında münaqişə yaranıb və bu, əlbəyaxa davaya çevrilib.

Baş verənlər nəticəsində hər üç yeniyetmə bıçaq xəsarətləri alıb, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

"Nara prefekturasının polisi hadisə yerindən qaçan 20 yaşlarında bir kişini həbs edib", - deyə nəşrdə bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rus agentləri vurulur - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox