Cənubi Koreyada qeyri-metropolyar bölgələrdə yoxsulluğun artması təhsil sahəsində yeni islahat çağırışlarını gücləndirib. Xarici mediada yayımlanan məlumatlara görə, regional sosial-iqtisadi fərqlər xüsusilə kənd ərazilərində məktəblərin maliyyələşməsi və təhsilə çıxış imkanlarına mənfi təsir göstərir.
AzEdu.az xarici mediya istinadən xəbər verir ki, ucqar bölgələrdə ailələrin gəlir səviyyəsinin aşağı düşməsi şagirdlərin təhsildə davamlılığına və keyfiyyətli resurslara çıxışına mane olur. Bu səbəbdən hökumətə təhsil maliyyələşməsi modelinin yenidən nəzərdən keçirilməsi və regionlararası bərabərliyin gücləndirilməsi ilə bağlı çağırışlar edilir.
Analitiklər hesab edirlər ki, problemin həlli üçün həm sosial dəstək proqramlarının genişləndirilməsi, həm də kənd məktəblərinə əlavə investisiyaların ayrılması vacibdir.