Azedu.az

Şirvan-Salyan regionunun icra başçıları bu ixtisaslar üzrə TƏHSİL ALIB

Xəbərlər

14 Fevral 2026, 10:42
Şirvan-Salyan regionunun icra başçıları bu ixtisaslar üzrə TƏHSİL ALIB

İcra hakimiyyəti başçıları rayonların sosial-iqtisadi inkişafında və dövlət siyasətinin yerli səviyyədə icrasında əsas fiqurlardan sayılır. Onların fəaliyyəti əhalinin rifahına, idarəetmədə şəffaflığa birbaşa təsir göstərir. Bu vəzifəni icra edən şəxslərin peşəkar hazırlığı və idarəçilik bacarıqları isə xüsusi əhəmiyyət kəsb edir.

Məhz buna görə də icra başçılarının təhsil və karyera yolu ictimai maraq doğurur.

AzEdu.az Şirvan-Salyan rayonuna daxil olan rayonların icra başçılarının təhsil yolları ilə bağlı yazı hazırlayıb.

Qeyd edək ki, Şirvan-Salyan iqtisadi rayonuna Salyan, Şirvan, Biləsuvar, Hacıqabul və  Nefçala inzibati rayonları daxildir.

 

177635

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Gülabba oğlu Xəlilov 1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olmuşdur.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.

177636

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı  Abbasov İlqar Namaz oğlu 1958-ci il fevral ayının 12-də anadan olub.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu 1979-cu ildə sənaye və mülki tikinti ixtisası üzrə, 1993-cü ildə isə Bakı Sosial İdarə etmə və Politologiya institutunu bitirmişdir.

177637

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Akif oğlu Qürbətov 19 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub.

1980-1990-ci illərdə Bakı şəhər 132 saylı orta məktəbdə oxumuşdur.1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində Tarixçi - tarix müəllimi ixtisası üzrə, 1998-2001-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi fakültəsində İnzibati Idarəetmə ixtisası üzrə bakalavr təhsili almış, 2002-ci ildə Dövlət Turizm Qurumlarının əməkdaşları üçün Ümumdünya Turizm Təşkilatının tədris kursunu bitirmişdir.

 

 

177638

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı  Sevindik Hacağa oğlu Hətəmov Sevindik Hətəmov 1961-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci illdə Güləbird kənd orta məktəbini bitirib.

1981–1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 

177639

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Mirheydər oğlu Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.

1995-ci ildən etibarən 287 saylı “Zəkalar” liseyində təhsil almağa başlayıb. 2006-cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010-cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. Təhsilini davam etdirən Mirhəsən Seyidov 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBA magistr dərəcəsi əldə edib. 

 

Rus agentləri vurulur - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox