Azedu.az

Günəşdə güclü partlayış baş verib

Xəbərlər

13 Fevral 2026, 17:35
Günəşdə güclü partlayış baş verib

Fevralın 13-də Günəşdə güclü partlayış qeydə alınıb.

AzEdu.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"Fevralın 13-də Moskva vaxtı ilə saat 11:58-də (Bakı vaxtı ilə saat 12:58) rentgen diapazonunda 4373 (N08W16) ləkələr qrupunda 48 dəqiqə davam edən M1.1 sinfinə aid partlayış qeydə alınıb", - deyə məlumatda bildirilib.

Daha əvvəl Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından bildirilmişdi ki, Günəşdə partlayış aktivliyi sürətli şəkildə azalmağa doğru gedir və sıfır göstəricisinə enə bilər.

Rus agentləri vurulur - Siyahıda kimlər var?
Son xəbərlərDaha çox