Azedu.az

Keçən il 17 uşaq müəssisəsində monitorinq aparılıb

Xəbərlər

13 Fevral 2026, 14:42
Keçən il 17 uşaq müəssisəsində monitorinq aparılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi keçən il 17 uşaq müəssisəsində monitorinq aparıb.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin sədri Bahar Muradova komitənin 2025-ci ildəki yekunlarına dair keçirilən kollegiya iclasında məlumat verib.

B.Muradova bildirib ki, monitorinqlərin 15-i dövri, 2-si növbədənkənar olub:

"Monitorinqlərin nəticəsinə əsasən həmin müəssisələrdən 13-nün fəaliyyəti qənaətbəxş, 3-nün fəaliyyəti qismən qənaətbəxş, 1-nin fəaliyyəti isə qeyri-qənaətbəxş hesab edilib. Nəticələr barədə bütün məlumatlar Nazirlər Kabinetinə təqdim edilib".

Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?
Son xəbərlərDaha çox