Azedu.az

ABŞ-də süni intellekt oyuncaqları ilə bağlı qalmaqal - Uşaqlara qarşı təhlükə

Xəbərlər

13 Fevral 2026, 13:55
ABŞ-də süni intellekt oyuncaqları ilə bağlı qalmaqal - Uşaqlara qarşı təhlükə

ABŞ-də süni intellekt oyuncaq istehsalçıları məxfiliyi pozmaqda və uşaqların söhbətlərini yaymaqda ittiham olunurlar.

AzEdu.az xəbər verir ki, bu barədə ABŞ senatorlarına istinadən "NBC News" məlumat yayıb.

Bildirilib ki, minlərlə uşağın söhbətləri açıq bazada tapılıb. ABŞ senatorları dərhal araşdırmalara başlayıblar və "Miko" adlanan oyuncağın bütün səs yazılarını ötürdüyünü aşkar ediblər. Səs qeydlərində uşaqların adları və söhbətlərinin təfərrüatları əks olunub.

Qeyd olunub ki, ciddi kibertəhlükəsizlik boşluğu və oyuncaqların "Miko", "Inc" şirkətləri ilə müntəzəm məlumat mübadiləsi uşaqlara dair məlumat təhlükəsizliyinin yetərincə qorunub-qorunmadığını sual altına alır.

Senatorların tələbindən sonra şirkət ötürmələr bazasına girişi bağlayıb. Bununla belə, məlumat sızması ilə bağlı iddiaları təkzib edib.

Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?
Son xəbərlərDaha çox