Azedu.az

“Hisslər Memarı” sərgisi "Qız qalası" qalereyasında..

Xəbərlər

13 Fevral 2026, 11:54
“Hisslər Memarı” sərgisi "Qız qalası" qalereyasında..

Paytaxtımızın tanınmış "Qız qalası" qalereyasında rəssam Fuad Nasirovun “Hisslər Memarı” adlı fərdi sərgisi açılıb.

AzEdu.az xəbər verir ki, nümayiş olunan əsərlərdə həm mücərrəd, həm fiqurativ illüstrasiyalar vasitəsilə müxtəlif mövzulara toxunulub.

Fuad Nəsirovun sərgisi rəngkarlığı insanın daxili dünyasının ifadə məkanı təsvir edir. Burada rəng, faktura və jest yaddaşla emosional halların daşıyıcısına çevrilir. Onun əsərləri reallığı birbaşa təsvir etmir, əksinə, hiss, duyğu və xatirə arasındakı incə sərhəddə formalaşan şübhə, gərginlik, sükut anı və jestin həssaslığı kimi əks etdirir.

Fuad Nəsirovun sərgisi izləyicilərə öncədən hazır bir hekayə təqdim etmir, əksinə, fərdi bir dialoq üçün açıq məkan yaradır.

Sərgidə həm də əsərlərin satışı təşkil olunub. Sərgi 14 fevral tarixinə qədər davam edəcək.

Mehdiyevin Rusiyadakı qardaşları - Əlaqələr necə qurulub?
Son xəbərlərDaha çox