AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki,təxminən 6 min dövlət məktəbi müəllimi daha yüksək əməkhaqqı, yaxşılaşdırılmış tibbi sığorta və xüsusi qayğıya ehtiyacı olan şagirdlər üçün əlavə resurs və dəstək tələbi ilə işə çıxmaqdan imtina edib. Tərəflər arasında danışıqlar davam etsə də, hələlik razılıq əldə olunmayıb.
Valideynlər isə yaranmış vəziyyətdən narahatdırlar. Bir çox ailə uşaqların gündəlik qayğısını təşkil etməkdə çətinlik çəkir. Tikinti sektorunda çalışan və evdən işləyən Connor Haught bildirib ki, o və həyat yoldaşı həm işlərini davam etdirməyə, həm də uşaqları üçün gündəlik fəaliyyətlər planlaşdırmağa çalışırlar.
“Ən böyük narahatlıq tətilin nə qədər davam edəcəyidir. Bunun nə qədər uzanacağını bilməmək plan qurmağı çətinləşdirir,” – deyə valideyn qeyd edib.
Bəzi ailələr məktəbdənkənar proqramların təklif etdiyi tam günlük xidmətlərdən istifadə edir, digərləri isə qohumların və yaxınların köməyinə üz tutur.
Valideynlər hər iki tərəfi danışıqları sürətləndirməyə və şagirdlərin dərslərə qayıtması üçün tezliklə razılığa gəlməyə çağırırlar. Tətilin nə vaxt başa çatacağı isə hələlik məlum deyil.