Azedu.az

Kanadada məktəbə hücum: Şübhəli əvvəlcə ailəsini öldürdü

Xəbərlər

12 Fevral 2026, 13:13
Kanadada məktəbə hücum: Şübhəli əvvəlcə ailəsini öldürdü

Kanadanın British Columbia əyalətindəki Tumbler Ridge bölgəsində baş verən məktəb atışmasında 18 yaşlı Jesse Van Rootselaar şübhəli bilinir.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Van Rootselaar məktəbə hücum etməzdən əvvəl evində anasını və 11 yaşlı ögey qardaşını öldürüb.

Hadisə nəticəsində məktəbdə 6 nəfər, o cümlədən 12-13 yaşlı şagirdlər və bir müəllim həyatını itirib. Əvvəlcə öldüyü güman edilən qurbanlardan birinin sağ olduğu müəyyən edildikdə, ümumi ölüm sayı 9 nəfərə düşüb. Hücumda 27 nəfər yaralanıb.

Polisin açıqlamasına görə, şübhəli məktəbdə istifadə olunan silahları qanuni yollarla necə əldə etdiyi hələ müəyyən edilməyib. Şübhəlilərin kiçik yaşlarından silahlara marağı olduğu, ailə üzvlərinin sosial media paylaşımlarından məlum olub.

Hücum, Kanada tarixində dekabr 1989-cu ildə Monrealdə baş verən “L’Ecole Polytechnique” məktəb hücumundan sonra ən ölümcül ikinci məktəb hücumu kimi qeydə alınıb.

DTX Mehdiyev və şəbəkəsini İFŞA ETDİ - Şok faktlar üzə çıxdı
Son xəbərlərDaha çox