Azedu.az

Ana 5 yaşlı oğlunu dənizə ataraq ölümünə səbəb oldu

Xəbərlər

12 Fevral 2026, 12:20
Ana 5 yaşlı oğlunu dənizə ataraq ölümünə səbəb oldu

Türkiyənin Bursa şəhərində  Psixoloji problemləri olduğunu iddia edən ana, 5 yaşlı oğlu ilə birlikdə dənizə tullanıb.

AzEdu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində azyaşlı həyatını itirib, ana isə sağ qalıb.

Saxlanılan ana verdiyi ilk ifadəsində hadisəni bu sözlərlə etiraf edib:

"Psixoloji problemlərim var idi. Əvvəlcə üzmək istədik, sonra isə ölmək qərarına gəldik. Uşağı dənizə atdım, sonra özüm də tullandım. Bir müddət sonra mən sahilə çıxa bildim, amma uşağı çıxara bilmədim. Çox peşmanam".

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

HAZIRLIQ BİTDİ! İran belə VURULACAQ - Xəritə yayıldı
Son xəbərlərDaha çox