Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
AzEdu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub giriş qapısını açaraq 2022-ci il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.